DÄRYAYE KHORUSHAN
Bargardan beh zabane azari : Habib
Sher az: Shahla Aghapour
Könul quşu uçur yenə!
Sevdalanib fəğan edir dəli könlüm.
Səni görməyə bu gecə
min-bir ulduzun sevinci işiqlanir
gözlərimdə
ruhumun bu tuğyan etmiş dalğasila
coşar-daşar bir dənizə
çevrilmişəm....
Movje khəyal
Ruhumun tuğyanindan
oyandi iç tanrim
Küləklər apardilar yarpaqlarimi....
Ah.. .
Bu nə yalqizliq..
Bu nə yanqinliq. bu nə itginlik.
Körpə uşaq olaraq gəlmişdim dünyaya,
qocalmiş bir körpəyəm
indi
gedirkən...
ancaq....
hələdə, hələdə, coşqun xəyalim
min-bir həyati yaratmaqha düşünür.
LÄHZEYE KHÄLLAQIYYÄT
Yaradiciliq aninda,
ilhamlanaraq,
ötürəm, tanrinin ən yüksək nərdibanindan.
və yaradiram bir daha Özümü.
Danişiram bağçama;
bənövşənin qirmizi qani,
bütün gözəlliklərin hərarətini , hissini dirildir məndə.
*
kiyin-kiyinə durmuşuq
yaradiciliq ləhzəsində:
Mən, Tanri, və Bağça.